Məşhur Ukraynalı müğənni Svetlana Loboda rusiyalılara video formatında müraciət edib və onları Ukraynada gedən müharibəni dayandırmağa çağırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, tanınmış müğənni son beş günü ukraynalıların başına gələn ən ağır günlərdən biri adlandırıb.  

“Mənim ölkəmdə müharibə gedir, insanlar ölodürülür, ac qalırlar. Onların arasında körpə uşaqlar var… Kiyevdə ailəm – atam, bacım, qardaşlarım, əmilərim, dayılarım, nənəm, babam qalıb. Onların hamısı zirzəmilərdə, qarajlarda, metro stansiyalarında qalmaq məcburiyyətindədirlər. Çünki çıxa bilmirlər. Bu həyatları üçün təhlükəli ola bilər. Bu dəhşəti saxlaya bilənlərdən xahiş edirəm, müharibəni dayandırın. Ukrayna hər saniyə insanlar itirir”, – deyə o bildirib.

Loboda sosial hesabına üzv olanlar arasında 10 milyon rusiyalı olduğunu deyərək, onlara müraciət edib. “Hərbirinizdən xahiş edirəm, yalvarıram, gəlin bunu dayandıraq!”, – göz yaşları içində deyib.

Светлана Лобода к россиянам в Украине людей убывает Россия, пули, ракеты LOBODA
Öncəki xəbərABŞ Ukrayna səmasını bağlamama səbəbini açıqladı
Sonrakı xəbərAzərbaycan Ordusu, DTX və FHN Naxçıvanda birgə təlimlər keçirdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın