Antalyada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya Federasiyası XİN rəhbəri Sergey Lavrov və ukraynalı həmkarı Dmitro Kulebanın iştirakı ilə keçirilən Rusiya-Türkiyə-Ukrayna üçtərəfli görüşü sona çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında açıqlama verib: “Başqa ölkələrə hücum etmək fikrimiz yoxdur. Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq edirik”.

“Bütün əməliyyatlar plan üzrə gedir. Bizim Qərb həmkarlarımız bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər”, – o bildirib. S.Lavrovun sözlərinə görə, indi Ukraynada hərbi əməliyyatlar plan üzrə davam edir: “Ukrayna tərəfi DXR və LXR-ə hücumları artıq bu ay üçün planlaşdırırdı”.

“Pentaqonun bioloji və toksin silahlarının qadağan edilməsinə dair uyğun konvensiyanı pozaraq bütün dünyada belə hərbi bioloji laboratoriyalar yaratmaq proqramı çərçivəsində Ukrayna ərazisində bir neçə hərbi bioloji laboratoriyalar yaratması ilə bağlı aşkar edilmiş məlumat bizi çox rahatsız edir. Bunun necə izah oluna biləcəyi ilə bağlı rəsmi sorğu göndərdik, cavab tələb edəcəyik”, – XİN başçısı vurğulayıb.

“Vaşinqton nümayəndələrinin Ukraynada hansısa qadağan olunmuş fəaliyyətlə məşğul olduqlarına dair “şayiələri” açıq şəkildə təkzib etmələri təəccüblü deyil. Avropa Birliyinin dərhal yekdilliklə onlarda heç bir məlumat olmadığını söyləməyə başlaması təəccüblü deyil. Amerikalıların Ukraynada hansısa hərbi-bioloji fəaliyyətlə məşğul olması təəccüblü deyil və təbii ki, amerikalıların bu fəaliyyəti dərin məxfilik şəraitində həyata keçirməsi təəccüblü deyil”, – deyə Lavrov sözlərinə artırıb.

Dmitro Kuleba: “Lavrovun tələbləri kapitulyasiya siyahısına oxşayır”

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Antalyada Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib: “Yenə belə bir formatda görüşməyə razıyıq. Həll yolunu axtarmaq istəyiriksə, bunu məqsədəuyğun hesab edirəm”.

“Ruslar müzakirələrə hazır olsa, mən də buna hazıram. Lavrovun bizdən tələbləri kapitulyasiya siyahısına oxşayır. Bu müharibəni dayandırmalıyıq”, – o qeyd edib.

Ukrayna XİN başçısı Lavrovun heç bir təklifləri qəbul etmədiyini bildirib: “Ukrayna hakimiyyətindəki hər kəs humanitar dəhlizlərin təhlükəsizliyi ilə bağlı zəmanət verə bilər. Bunu ruslar edə bilərmi? Lavrov bura ancaq dinləmək üçün gəlmişdi. Mən isə müzakirələr üçün gəlmişdim. Görünür, mövqelərimiz fərqlidir. Lavrov mənim təkliflərimi qəbul etmədi”.

Mövlud Çavuşoğlu Rusiya və Ukrayna XİN başçılarının görüşünə münasibət bildirib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Antalyada Rusiya və Ukrayna XİN başçıları ilə birlikdə keçirilən üçtərəfli görüşə münasibət bildirib: “Sülhə ən çox ehtiyac olduğu bir vaxtda həmkarlarım Lavrov və Kuleba ilə üçtərəfli formatda görüşdük. Arzumuz regionda sülhün əldə olunmasıdır. Rusiya ilə Ukrayna arasında diplomatik təmasların davam etməsi üçün səylərimizi əsirgəməyəcəyik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın