Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Qərb ölkələrini ukraynalıların qanı ilə ticarət etməməyə və Rusiyaya qarşı sanksiyaların effektivliyini azaltmamağa, o cümlədən də bu ölkəni SWIFT beynəlxalq ödəniş sistemindən ayırmağa çağırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, XİN rəhbəri bununla bağlı xarici jurnalistlər üçün onlayn brifinq zamanı deyib.

Nazir vurğulayıb ki, beynəlxalq anti-Rusiya koalisiyasının yekun məqsədi bu ölkəyə məxsus qüvvələrin Ukraynadan tam şəkildə çıxarılmasıdır. “Təəssüf ki, Rusiyanın bunu etməyə və müharibəni dayandırmağa hazır olduğuna dair heç bir əlamət yoxdur”, – deyə Kuleba bildirib.

Öncəki xəbərVitali Kliçko kiyevliləri sığınacaqlarda gecələməyə çağırdı
Sonrakı xəbərUkrayna Ordusu: Rusiyanın itkilərinin sayı 4 500 nəfərə çatır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın