Əgər Ayətullah Xameneyi doğrudan da sərhəd toxunulmazlığı prinsipinə bu qədər sadiqdirsə və onun hər hansı şəkildə pozulmasının əleyhinədirsə, onda nə üçün az qala 30 il davam edən işğal müddətində Azərbaycan-İran sərhədinin 130 kilometrinin erməni işğalçılarının nəzarətində olmasına susurdu?

YALAN.info bildirir ki, bununla bağlı “Azad İran” YouTube kanalında yayımlanmış süjetdə sual olunub.

Süjetin müəllifləri bildiriblər ki, görəsən, həmin müddətdə İran rəhbərinin işğalçı qüvvələrin Azərbaycan-İran dövlət sərhədindən çəkilməsini tələb etdiyini eşidən olubmu?

“Belə görünür ki, əksinə, İran rəhbəri Azərbaycan torpaqlarının, o cümlədən dövlət sərhədinin işğalı nəticəsində ölkəsinin qondarma “Dağlıq Qarabağ Respublikası” ilə həmsərhəd olmasından məmnun imiş və çoxsaylı faktlar da bunu sübut edir”.

Daha geniş “Azad İran” kanalının video-süjetində:

İran rəhbəri Ermənistan sərhədinin keşiyində!
KİMAzad İran
MƏNBƏYouTube
Öncəki xəbərHRW: Rusiya hərbçiləri Xerson və Zaporojyedə insanları oğurlayır və işgəncə verir
Sonrakı xəbər29 il sonra Ağalıya qayıdan qadının sevincdən ürəyi partlayıb öldü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın