Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri seçilib.

YALAN.info bildirir ki, bununla bağlı qərar UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) fövqəladə toplantısında qəbul olunub.

Toplantının keçirilməsində başlıca məqsəd komitənin Büro üzvlərinin və sədrinin seçilməsi olub. Qəbul olunmuş qərara uyğun olaraq, komitənin 18 üzvü arasından Azərbaycan, Fransa, Venezuela, Şri-Lanka, Madaqaskar və Qətər Komitənin büro üzvləri seçiliblər.

Toplantı zamanı Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, bütün Komitə üzvlərinə verdikləri dəstəyə görə Azərbaycan hökuməti adından təşəkkürünü bildirib. Azərbaycanın sədrliyi müddətində komitənin işinin daha effektiv həyata keçirilməsi yönündə bütün komitə üzvləri ilə sıx əməkdaşlıq edəcəyini vurğulayıb.

Onu da bildirək ki, Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitə bütün dünyada bədən tərbiyəsi və idman sahəsinə aid siyasət və proqramların üzv ölkələr arasında effektiv həyata keçirilməsini təşviq edən UNESCO-nun yeganə Komitəsidir.

Komitənin üzv ölkələri Azərbaycanı təbrik ediblər. Üzv ölkələr Azərbaycanın MINEPS VII ev sahibliyi etmək qərarını yüksək dəyərləndirib.

Öncəki xəbər“Milan” 11 il sonra 19-cu dəfə İtaliya çempionu oldu
Sonrakı xəbərŞoyqu: Ukraynada hərbi əməliyyatları tapşırıqları yerinə yetirənədək davam etdirəcəyik
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın