Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa Çempionatı davam edir. Yarışın 2-ci günündə yunan-Roma güləşində 5 çəki dərəcəsində qaliblər müəyyənləşib.

YALAN.info bildirir ki, milli komandanın 4 üzvü fəxri kürsüyə qalxıb. Fəraim Mustafayev (55 kq) finalda erməni Hayk Lyudviqyana tam üstünlüklə (13:4) qalib gələrək titulunu qoruyub.

Yada salaq ki, Mustafayev ötən il Bolqarıstanın Samokov şəhərində keçirilən analoji yarışda da Avropa Çempionu olmuşdu. Daha 3 güləşçimiz gümüş medal qazanıb. Belə ki, Elvin İbadov (48 kq) həlledici görüşdə gürcü Vaxtanq Loluaya, Seymur Qasımov (65 kq) yunanıstanlı Arionas Kolitsopulosa, İsmayıl Rzayev (80 kq) isə moldovalı Mihay Qutuya uduzub.

İndi Azərbaycan yığması 95 xalla komanda hesabında aşkar liderdir. Millimiz ən yaxın izləyicisi olan Macarıstanı 36 xal qabaqlayır. Sabah millinin daha 4 üzvü medal üçün güləşəcək. Onlardan üçü qızıl, biri isə bürünc medal uğrunda mübarizə aparacaq.

Onu da bildirək ki, bu yarışda Azərbaycan güləş tarixində yeni rekord qeyd alınıb. Belə ki, ilk dəfə yunan-Roma güləşində U-17 Avropa çempionatında 7 güləşçimiz finala vəsiqə qazanıb. Buna qədər güləşin bu növündə rekord göstərici 4 final olub.

MƏNBƏUnited World Wrestling
Öncəki xəbərSəttarxan haqqında bilmədiklərimiz: Qardaşı edam edildi, oğluna ölüm hökmü verdilər
Sonrakı xəbərLaqumdziya: Qarabağdakı soyqırımılar, təcavüzlər beynəlxalq hüququn tapdanmasının simvoludur
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın