Türkiyəli müğənni Funda Arar azərbaycanlı müğənni Miri Yusifin “Bağışla” mahnısı ətrafında yaranmış qalmaqalla bağlı açıqlama verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsertdən sonra sənətçi jurnalistlərin suallarını cavablandırıb. Türkiyəli müğənni Funda Arar “Bağışla” adlı mahnının oğurluq olması barədə yayılan xəbərlərə aydınlıq gətirərkən belə deyib: “Burada mənim səhvim olmayıb. Çünki biz mahnını Azərbaycanda ona aid olduğunu deyən başqa birindən almışdıq”.


Funda Arar – Bağışla

Xatırladaq ki, türkiyəli müğənni Miri Yusifin “Bağışla” mahnısını yeni albomuna əlavə edib və ona klip çəkdirib. Lakin mahnıya müəllifin adını yazmaması məhkəmə predmetinə çevrilib. Belə ki, M.Yusif Ararı məhkəməyə verərək ona qalib gəlib.


Miri Yusif – Bağışla

Qeyd edək ki, qarşı tərəf mahnını gənc bəstəkar MC Muraddan aldığını bildirmişdi.

Öncəki xəbərLeonardo DiKaprionun keçmiş sevgilisindən yeni fotosessiya
Sonrakı xəbərVladimir Putin: Konstantinopolu (İstanbulu) xristianlara qaytaracağam
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın