Ermənistan Respublikasının bir neçə gün öncə istefa verdiyini elan etmiş prezidenti Armen Sarkisyanın Karib hövzəsindəki kiçik Sent-Kits və Nevis Federasiyasının vətəndaşı olması aşkarlanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı yerli Hetq.am saytı araşdırma aparıb.

Sayt yazır ki, Armen Sarkisyan öz bəyanatında istefanın bir neçə səbəbini qeyd edib, ancaq onların əsl səbəblərlə çox az əlaqəsi var. Onun vəzifədən getməsinin gerçək səbəbi ən azı prezident seçilənə qədər başqa ölkənin vətəndaşlığının olması imiş.

Özəlliklə, A.Sarkisyan yaxın vaxtlara qədər Karib hövzəsindəki ada dövlətinin – Sent Kitts və Nevisin vətəndaşı olub.

Sərkisyan xarici ölkənin vətəndaşı olub-olmaması ilə bağlı suala cavab vermək yerinə sübut təqdim etməyi təklif edib. O, xüsusən uzun illər öncə Sent-Kits və Nevis Federasiyasına (mehmanxana biznesi – red.) sərmayə qoyduğunu, bundan sonra səhm payını ailəsinin bir üzvünə keçirdiyini iddia edib.

Sent-Kitts və Nevis hakimiyyətinin investisiya proqramı şərti ilə əcnəbilərə vətəndaşlıq vermək hüququ var. Sarkisyanın sözlərinə görə, o, Ermənistana xəbərdarlıq etmədən vətəndaşlıq alıb. 2013-cü ildə səfir təyin olunmazdan öncə vətəndaşlıqdan imtina barədə göstəriş verib.

Ancaq 2017-ci ildə ona prezident olmaq təklifi irəli sürüləndə Sarkisyan bunu yerinə yetirməyib. Bu məsələni həll etməli olan şəxs ölüb. Sarkisyan oğluna (eyni müəssisədə işləyir) məktub yazıb və ondan prosesi başa çatdırmağı xahiş edib.

Belə çıxır ki, Sarkisyan prezident seçilməzdən bir müddət öncə ada dövlətinin vətəndaşlığından imtina prosesinə başlayıb. Bu isə o deməkdir ki, o, bu vəzifəyə seçilə bilməzdi. “Bütün fərmanlar, o cümlədən qanunlar, təyinatlar, seçkilər (hətta baş nazirin təyin edilməsi də) qanunsuzdur”, – sayt yazıb.

“Prezident böyük ehtimalla Ermənistana qayıtmayacaq, çünki saxtakarlıq zəminində cinayət təqibi ilə üzləşə bilər”, – Hetq.am vurğulayıb.

Yada salaq ki, Armen Sarkisyan yanvarın 23-də istefa verib. O, iddia edib ki, Prezidentin ölkə və millət üçün indiki çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir göstərmək üçün gərəkli olan səlahiyyətləri yoxdur.

Öz növbəsində “Ermənistan” müxalif fraksiyasından olan deputatı Andranik Tevanyan bildirib ki, Prezidenti Armen Sarkisyan respublikanın hüdudlarından kənardadır. “Respublika Prezidenti vəzifəsini tutan şəxsin xaricdən istefa verdiyini elan etməsi utancvericidir”, – Tevanyan Facebookdakı hesabında yazıb.

Yanvarın 18-də Prezidentin mətbuat xidməti məlumat yayıb ki, Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərini başa vurduqdan sonra lazımi tibbi müayinədən keçmək üçün qısamüddətli məzuniyyətə gedib. Prezidentin məzuniyyətdən qayıtması ilə bağlı məlumat verilməyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın