ABŞ Prezidenti Co Bayden (Joe Biden) özünü vitse-prezident Kamala Harrisin əri ilə səhv salıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, hadisə Ağ Evdə toplantı zamanı baş verib.

Prezident birinci vitse-prezident Kamala Harrisin iştirak etməməsini onun əri Duqlas Emhoffun koronavirusa (COVID-19) yoluxması ilə izah etmək istəyib: “Səhnədə olanlar arasında nizam bir az dəyişib: birinci xanımın əri koronavirusa yoluxub”.

Prezidentin yanında əyləşən həyat yoldaşı Cil dərhal ona düzəliş edib: “Birinci xanımın əri sənsən”. Bayden insanların gülüşündən sonra özünü itirmir: “Doğurdan da. O haqlıdır. Bu, (birinci xanımın əri – Red.) mənəm!”. “İkinci xanımın birinci əri – bu necədir?”, – deyə Bayden davam edib.

Joe Biden calls Kamala Harris ‘First Lady’ in latest gaffe
Öncəki xəbərDeputat: Rusiya Federasiyası defolt olmamağa çalışır
Sonrakı xəbərZelenski: Ukrayna Silahlı Qüvvələri 2000 rusiyalı hərbçini əsir götürüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın