Amerika Bilşəşmiş Ştatlarının Prezidenti Co Bayden (Joe Biden) növbəti dəfə Rusiya lideri Vladimir Putinin ünvanına sərt tənqidlər səsləndirib.

YALAN.info bildirir ki, ABŞ lideri Ayova ştatının Menlo şəhərindəki Poet MMC etanol dəyirmanında Rusiya Federasiyası dövlət başçısının Ukrayna siyasətini “soyqırım” adlandırıb.

Öncə o, Ayova ştatında çıxışı zamanı bununla bağlı danışıb. Daha sonra jurnalistlər sözügedən ifadə ilə bağlı siyasətçiyə bir daha sual ünvanlayıblar. “Bəli, mən bunu soyqırım adlandırdım. Çünki getdikcə daha da aydın olur ki, Putin ukraynalıların hətta mövcudluğu fikrini Yer üzündən silməyə çalışır”, – deyə Bayden fikrini açıqlayıb.

O vurğulayıb ki, ABŞ administrasiyasında belə bir iddianın lehinə ​​çoxlu sübutlar var. “Rusiya Ordusunun Ukraynadakı hərəkətləri dəhşətlidir”, – deyə Bayden bəyan edib. Prezident həmçinin ABŞ-da artan yaşayış xərclərini Rusiya prezidentinin Ukraynaya müdaxiləsi ilə əlaqələndirib.

Yada salaq ki, bu ABŞ prezidentinin ilk belə açıqlaması deyil. Belə ki, martın sonunda Varşavaya səfəri çərçivəsində Bayden Putin haqqında danışarkən, Rusiya liderinin hakimiyyətdə qala bilməyəcəyini bəyan etmişdi.

Daha öncə Bayden Polşa və Ukrayna sərhədində ukraynalı qaçqın düşərgəsində jurnalistin sualını cavablandırarkən Putini “qəssab” adlandırıb. Bundan başqa o, Rusiya prezidentini “hərbi cinayətkar” hesab etdiyini deyib.

Biden Says Putin Committed Genocide in Ukraine
Öncəki xəbərZelenski deputat Viktor Medvedçuku Ukraynalı əsir uşaqlarla dəyişməyi təklif etdi
Sonrakı xəbərPolşa, Litva, Latviya və Estoniya Prezidentləri Ukrayna lideri ilə birlik mesajı verdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın