Çexiya Senatı Rusiya Ordusunun Ukraynadakı hərəkətlərinin soyqırım kimi tanınması haqqında qətnamə qəbul edib.

YALAN.info Ukrayna İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Ukraynanın Çexiyadakı səfiri Yevgeni Perebiynis bildirib.

Qəbul edilmiş qətnamədə, həmçinin Çexiyanın Ukraynaya silah tədarükünü davam etdirməsi və Ukraynanın Avropa Birliyinə üzvlüyünə namizəd olmasına dəstək var.

Senat Rusiyanın fiziki və mənəvi zorakılıq kimi insanlığa qarşı etnik şəkildə olan cinayətlərini pisləyib.

Yada salaq ki, bundan öncə Kanada, Estoniya, Latviya və Litva Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırım kimi tanıyıb.

MƏNBƏUkrinform.net
Öncəki xəbərAytən Məmmədovaya hücumla bağlı cinayət işi üzrə istintaq aparılır
Sonrakı xəbərUkrayna “Azovstal”dakı yaralıları əsir düşmüş Rusiya hərbçiləri ilə dəyişməyi təklif edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın