Dekabrın 4-də Rusiyanın “NTV” telekanalında məşhur səyahət proqramı “Поедем, поедим!”-in (Gedərik, yeyərik!) Azərbaycana həsr olunmuş buraxılışı efirə gedib. Proqramın çəkilişləri Azərbaycan Turizm Bürosunun dəstəyi ilə 4-8 oktyabrda baş tutub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Dövlət Turizm Agentliyinin məlumatına görə, Dənizkənarı Bulvarın görüntüləri ilə başlayan proqramda aparıcı Federiko Arnaldi “Baku Crystal Hall”, “Dəniz Mall”, Milli Xalça Muzeyi, o cümlədən “Kiçik Venesiya” şəhərciyinin arxitekturası ilə bağlı bilgilər verib.

O bildirib ki, Bakıdakı hər bir memarlıq nümunəsi futuristik və ultramüasir görüntüsünə baxmayaraq özündə xalqın mədəni irsi və tarixi elementlərini əks etdirir.

Verilişdə, həmçinin Azərbaycan və dünyanın müasir memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi və “Alov qüllələri” kompleksi işıqlandırılıb. İçərişəhərdə baş tutan çəkilişlərdə aparıcı Azərbaycan milli mətbəxi və ölkəmizin çay mədəniyyəti ilə tanış olub. Veriliş çərçivəsində paytaxtın hotel, nəqliyyat və yol infrastrukturu haqqında da danışılıb.

Çəkilişlər Bakı ilə birgə Lənkəran şəhərində baş tutub. Aparıcı Lənkərandakı “Sitrus bağları”na baş çəkib, bölgənin mətbəx nümunələrini dadıb. Proqram “NTV” telekanalının 14 milyondan çox abunəçisi olan rəsmi YouTube kanalında yayımlanıb.

https://www.youtube.com/watch?v=_br16MLCwBo

Баку: город ветров и огней, футуризм, дары субтропиков и лявянги | “Поедем, поедим!”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın