Azərbaycan Ordusunun 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bölmələr atışdan öncə ərazidə açılma, atəş mövqelərinin tutulması və minaatanların döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.

Minaatanlardan yarımdüzünə tuşlama ilə tək hədəfə yerindən atış üzrə təlim atış çalışmaları uğurla yerinə yetirilib. Bölmələrin təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq uğurla həyata keçirilir.

Minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərAli Rada BMT sülhməramlılarını Ukraynaya çağırdı
Sonrakı xəbərRusiya-Ukrayna danışıqları: Atəşkəs və humanitar dəhliz olacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın