İtaliyanın Turin şəhərində keçirilən Eurovision Song Contest 2022 (ESC2022) mahnı yarışmasında bütün finalçıların adları bilinib.

YALAN.info bildirir ki, bir neçə saat öncə sayca 66-cı olan “Eurovision 2022” mahnı yarışmasının ikinci yarımfinalı keçirilib.

İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil olunan ESC2022 yarışmasının 2-ci yarımfinalında 18 ölkənin təmsilçiləri yarışıb: Azərbaycan, Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San-Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Polşa, Monteneqro, Belçika, İsveç, Rumıniya və Çexiya təmsilçiləri öz performanslarını nümayiş etdiriblər.

Şüarı “The Sound of Beauty”dir (“Gözəlliyin Səsi”) olan yarışmada Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edib. Səsvermədən sonra ilk onluğa daxil olmağı bacaran Azərbaycan mayın 14-də keçiriləcək finalda mübarizə aparmağa haqq qazanıb. Azərbaycanla birlikdə Belçika, Çexiya, Finlandiya, Estoniya, Avstraliya, Polşa, İsveç, Rumıniya və Serbiya təmsilçiləri də finala vəsiqə qazanıblar.

Bununla yanaşı, mayın 10-da keçirilən birinci yarımfinalda səsvermədə daha çox səs toplamış 10 ölkə – İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib. “Böyük Beşlik” ölkələri adlanan İtaliya, İspaniya, Almaniya, Böyük Britaniya və Fransa da birbaşa finaldan başlayaraq yarışmada çıxış edəcəklər.

Nadir Rustamli – Fade To Black – LIVE – Azerbaijan 🇦🇿 – Second Semi-Final – Eurovision 2022

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın