Azərbaycan millisinin keçmiş futbolçusu: De Byazi özünü də aldadır, bizi də

“Canni de Byazi hiss olunur ki, qürurlu insandır, nəsə eləməyə çalışır. Amma çox yaxşı bilir ki, nəticə verməyəcək”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan millisinin keçmiş hücumçusu Kənan Kərimov yığmamızın indiki durumu ilə bağlı danışarkən deyib.

45 yaşlı futbol veteranı millimizin baş məşqçisi Canni de Byazinin iddialı açıqlamalarına münasibət bildirib. Son olaraq Region Liqasında “Şamaxı” komandasının baş məşqçisi vəzifəsini icra edən Kərimov italiyalı çalışdırıcıdan əlahiddə heç nə gözləmədiyini söyləyib: “Onun sehrli çubuğu yoxdur ki. De Byazi özünü də aldadır, bizi də. Axırda “alınmadı” deyəcək, pulunu alıb gedəcək. Görürsən ki, çalışır, klubların məşqlərini izləyir, futbolçulara baxır. Amma bu da yekun nəticəni dəyişməyəcək. Millimiz hansısa oyunda 6-7 qol buraxanda ayılacağıq. Heç olmasa Lüksemburq futbolundakı inkişafa baxıb nümunə götürsünlər. AFFA axırda günahı de Byazinin üstünə atacaq ki, o boyda İtaliyadan məşqçi gətirdik, bacarmadı. Belədə yenə pullar havaya sovrulacaq, daha bir neçə il itiriləcək”.

Yığmamızın DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını da dəyərləndirən gənc mütəxəssisin qrupda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla qarşılaşacaq de Byazinin kollektivinə ümidi yoxdur: “Milli hamımızındır, qələbəsinə sevinir, məğlubiyyətinə üzülürük. Amma etiraf edək ki, Portuqaliya, Serbiya, İrlandiyaya qarşı bu komanda ilə heç edə bilmərik. Sadəcə, de Byazi vaxt “udur”, pula görə yerini isti saxlayır. Bunlar sabah yaxşı təklifi olan kimi, “bağışlayın, mən gedirəm” deyəcək insanlardır. Gəlmə məşqçilərə bel bağlamaq olmaz. İndiki durumda özümüzünkülərə güvənsinlər”.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsi martın 24-də start götürəcək. Yığmamız ilk tur çərçivəsində həmin gün Portuqaliyanın qonağı olacaq.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir