Barselona” klubunun rəsmiləri argentinalı ulduz Leonel Messi ilə yeni müqavilə imzalamağa hazırlaşır. Yeni müqaviləsi ilə o, hər addımdan təxminən 100 manat qazanacaq.

ANS PRESS-in məlumatına görə, yeni müqavilə imzalayacağı halda Messi az qala hər addımdan pul qazanacaq.

Yeni şərtlərə görə, argentinalı ulduz ildə 39,4 milyon avro (68 milyon 264 min manat) maaşla dünyanın ən çox qazanan futbolçusu adına sahib çıxmaqla ən odənişli futbolçu olacaq. 90 dəqiqə ərzində orta hesabla 8 min 211 metr qaçan Messinin hər addımı pul olacaq.

Argentinalı futbolçunun orta hesabla 1,33 addımı 1 metr edir. Bu hesablamaya görə o, hər oyunda 10 min 921 addım atır. Bununla da Messi yeni müqaviləsi ilə hər addımdan 58 avro, yəni təxminən 100 manat qazanacaq.

Bir müddət əvvəl İngiltərinin “Mançester Siti” klubu Lionel Messiyə fantastik şərtlərlə müqavilə təklif edib. “Şəhərli”lər argentinalı ulduzun müqaviləsində yer alan 250 milyonluq maddəni ödəyəcəklərini açıqlayıblar.

Futbol tarixinin ən böyük təklifini etməyə hazırlaşan “Mançester Siti” futbolçuya illik 30 milyon avro ödəməyə hazır olduğunu bildirib. İngilis təmsilçisi hətta futbolçunun reklam və forma gəlirlərinin də özünə verəcəyini ifadə edib.

Əgər bu transfer gerçəkləşərsə, bu futbol tarixinin ən bahalı keçidi olacaq. Ulduz futbolçuya daim digər klublardan təkliflər gəlməkdə davam edir. Lakin bunlara baxmayaraq Messi dəfələrlə katalon klubunda özünü xöşbəxt hiss etdiyini və buradan ayrılmaq fikrində olmadığını bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın