Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan dilinin Orfoqrafiya lüğətinə bir sıra sözlərin salınmasını təklif edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Mərkəzin araşdırmalarına görə, “Azərbaycan dilinin Orfoqrafiya lüğəti”ndə, həmçinin izahlı lüğətlərdə öz əksini tapmayan, ancaq aktiv şəkildə işlənən çox sayda söz və terminlər var.

Lüğətə salınması təklif olunan sözlər aşağıdakılardır: “birdəqiqəlik”, “yüksəksəviyyəli” və bu qəbildən olan “eyniquruluşlu”, “ikidövrəli”, “dünyamiqyaslı”, “yüzdəyüz”, “yansımaq”, “randevu”. Həmçinin, Mərkəz “soyqırımı” sözünün “soyqırım” kimi yazılmasını təklif edib.

Qeyd olunub ki, orfoqrafiya normalarında ixtisarlarla bağlı qaydalara müəyyən əlavələrin edilməsinə ehtiyac duyulur. Buna görə də təklif edilib ki, qısaltmalar zamanı istifadə olunan qrafik işarələrin sırasına drop əyri xətt (/) də artırılsın.

Bildirilib ki, bu işarədən Azərbaycan dilində, özəlliklə də sözlərin ixtisarı zamanı geniş istifadə olunur. Məsələn: baş çavuş – b/çavuş; baş laborant- b/laborant; baş müəllim b/müəllim; kiçik çavuş – k/çavuş və b.

Yada salaq ki, Azərbaycan dilinin Orfoqrafiya Lüğəti bu il yenidən yayımlanacaq. Bi il ərzində lüğətin təkmilləşdirilmiş formada çap olunması düşünülüb. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın