Ağdam rayonunun Çəmənli kəndi ərazisində 1982-ci il doğumlu Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

YALAN.info bildirir ki, bununla bağlı Ağdam Rayon Prokurorluğundan məlumat verilib.

Verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində ağır dərəcəli bədən xəsarəti alması müəyyən edilib. 

Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İndi faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

MƏNBƏAğdam Rayon Prokurorluğu
Öncəki xəbərŞuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı oldu
Sonrakı xəbərPSJ-nin Argentinalı futbolçusu Lionel Messi ilin ən çox qazanan idmançısı oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın