“Kreml Ukrayna ərazisinin əhəmiyyətli hissəsini, o cümlədən şimalını ələ keçirməyi planlaşdırırdı, ancaq buna nail ola bilmədi”.

YALAN.info bildirir ki, bununla bağlı Ağ Ev Administrasiyasının Mətbuat katibi Cen Psaki Vaşinqtonda keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının hakimiyyət orqanları Ukraynaya genişmiqyaslı işğala başlamazdan öncə qarşıya qoyduğu bütün məqsədləri artıq puça çıxarıblar və qələbə haqqında öz fikirləri nöqteyi-nəzərindən müharibəni uduzublar.

“Prezident Putin Kiyevin küçələrində yürüş keçirməyəcək. Onlar bu ölkənin ərazi bütövlüyünü və suverenliyini ələ keçirməyəcəklər. Onlar NATO-nu parçalaya bilmədilər”, – deyə Psaki vurğulayıb.

Ağ Evin mətbuat katibi deyib ki, indiki mərhələdə ABŞ həm döyüş meydanında silahları gücləndirməklə, həm də Ukrayna tərəfinin istənilən ehtiyaclarını təmin etməklə, danışıqlar masası arxasında Ukraynanın mövqeyini gücləndirmək üçün səylər göstərir.

05/04/22: Press Briefing with Press Secretary Jen Psaki

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın