“VMedia” YouTube kanalı 366-cı motoatıcı alayın Xocalı Soyqırımındakı rolundan danışan yeni videomaterialını təqdim edib.

Sənədli filmdə Bakıda və İrəvanda yerləşdirilən sovet qoşunlarının hələ də vahid mərkəzə – Moskvaya tabe olduğu bir vaxtda 366-cı alayın, faktiki olaraq hələ Sovet İttifaqı dönəmində erməni separatçılarının və terrorçularının əlinə keçməsinə dair sensasion sübutlar təqdim edilir.

Əsas sübutlardan biri zabit-desant Viktor Şevçenkonun 366-cı alayın daxil olduğu 23-cü diviziyanın çap orqanı olan “Sovet döyüşçüsü” qəzetində 26 mart 1992-ci ildə dərc edilmiş “Çıxış-366” adlı məqaləsidir. Məhz bu məqaləyə görə general-leytenant İ.Oqanyan (Zaqafqaziya Hərbi Dairəsinin komandirinin müavini) martın 26-da çap olunan bütün tirajın məhv edilməsi haqqında əmr verib.

Filmdə 366-cı alayın keçmiş komandiri, polkovnik Yuri Zarviqorovla telefon danışığının səs yazısı da var. Onun “VMedia”nın Moskvadakı ştatdankənar müxbirinə dediklərini filmə baxmaqla öyrənə bilərsiniz.

Геноцид в Ходжалы: роль 366-го мотострелкового полка
Öncəki xəbərAzərbaycan və Rusiya qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə imzaladı
Sonrakı xəbərG7 ölkələrinin XİN başçıları “LXR” və “DXR”in tanınmasını pislədilər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın