Bir neçə gün öncə “Tik-Tok” platformasında “ll@amid52” adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması ilə bağlı Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib.

O, valideynləri ilə birlikdə Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yolverilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.

Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonu Tik-Tok səhifəsindən silib.

MƏNBƏAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Öncəki xəbərVəfa Zeynalova: Qızlarım məni bəyənməyəndə, elə acığıma gəlir ki..
Sonrakı xəbərBəxtiyar Musayev: De Byazinin ya gözü görmür, ya da bunları bilə-bilə müqaviləyə qol çəkib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın