İsveçrənin Bil şəhərində davam edən şahmat üzrə  Qrossmeysterlər Turnirində Azərbaycanlı ağıl ustası Şəhriyar Məmmədyarov (“Şah”) Dünya Çempionu və indiki FIDE reytinq sıralamasında 1-ci yerdə olan norveçli qrossmeyster Maqnus Karlseni udub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov IX turda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Beş gün öncə qara fiqurlarla Karlsenə uduzmayan Məmmədyarov bu dəfə ağ fiqurlarla rəqibindən daha üstün oynayaraq qalib gəlib.

Yarışmanı yüksək səviyyədə keçirən və liderliyə yüksəlmiş qrossmeysterimiz dünya çempionu ilə oyunda debyut hazırlaşmasından ustalıqla yararlanıb.

UnBielevable! | Mamedyarov vs Carlsen | Biel Chess 2018

Qeyd edək ki, bu uğurdan sonra Şəhriyar Məmmədyarovun 7 xalı oldu. Maqnus Karlsen isə beş xal toplayıb.

Bu qələbədən sonra turnirin sonuna 1 tur qalmış Şəhriyar Məmmədyarov yarışın qalibi adını qazanıb.

GMT Turnir Cədvəli (9-cu tur)

SN Ad, soyad Xallar/Oyun Reytinq
1. Şəhriyar Məmmədyarov 7/9 2801
2. Maqnus Karlsen 5/9 2842
Peter Svidler 5/9 2753
4 Maksim Vaşye-Laqrav 4.5/9 2779
5 David Navara 4/9 2741
6. Niko Georgiadis 1.5/9 2526

1 AÇIQLAMA

  1. Şəhriyar Dünya Çempionu ola bilməsi üçün 2 il də gözləməliyik.. çox heyif iddiaçılar turnirində azacıq bəxti gətirmədi (hə, Dinq Lirenə uduzması bəxtsizlikdən oldu demək olar). Ancaq daha da güclü olsaydı əlbəttə bəxtə gərək qalmazdı.. Gözləyək 2 il də görək. Ancaq yetişməkdə olan cavanlar artırmasalar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın