Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Türkiyədə danışıqlara razılaşıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ukrayna mətbuatının məlumatına görə, bununla bağlı Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Məlumata görə, Ukraynanın dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanla söhbətində Vladimir Putinlə Türkiyədə danışıqlara razılıq verib. Zelenskinin Rusiya lideri ilə görüşü Ankara, ya da İstanbul şəhərlərində baş tuta bilər.

Yada salaq ki, Türkiyə hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra sülhün bərqərar olmasına kömək etməyə çalışır. Sabah – martın 6-da Ərdoğan Putinlə telefon danışığı aparacaq. Danışıqlarda Putinin Zelenski ilə görüşü müzakirə ediləcək. Zelenski Türkiyədə Putinlə danışıqlara razılaşıb.

Zelenskiy calls for meeting with Putin: ‘I don’t bite’

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın