Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynaya hücum etməklə son 25 ildə əldə etdiyi hər şeyi məhv edəcək və ötən əsrin 90-cı illərinə qayıdacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Prezident bu sözləri öz YouTube kanalında yayımlanan Ukrayna xalqına növbəti video-müraciətində deyib.

“Ukraynaya qarşı müharibənin Rusiya üçün qarşılığı belə olacaq”, – deyə Zelenski videomüraciətində bəyan edib. O vurğulayıb ki, ədalətsiz və aqressiv müharibənin həmişə yüksək bədəli olur.

“Ancaq onların başına nə gəlsə də, bu, bizə təsəlli verə bilməz. Ölülərimizi diriltməyəcək, şəhərlərimizi bərpa etməyəcək, əbədi olaraq bizimlə qalacaq mənəvi yaraları sağaltmayacaq”, – deyə Ukrayna Prezidenti əlavə edib.

Зеленський: Росія повернеться в «лихі 90-ті»
KİMVolodimir Zelenski
MƏNBƏYouTube
Öncəki xəbərOn Avropa ölkəsi embarqoya baxmayaraq Rusiyaya silah satıb
Sonrakı xəbərCaliber: Rusiya Azərbaycan KİV-i bloklayır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın