Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olraq azad edilmiş ərazilərimizdə – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Eyni zamanda bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə yerinə yetirilir.
Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma  vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyektlərin inşası uğurla davam etdirilir, eləcə də digər zəruri tədbirlər görülür.

Döyüş növbətçiliyi aparan şəxsi heyətin rahat xidmət aparmasını təmin etmək məqsədilə ehtiyat qida və əmlakın saxlanması üçün anbarlar, yataqxanalar, tibb məntəqələri, lazımi mətbəx avadanlıqları ilə tam təchiz olunan yeməkxanalar, asudə və xidməti otaqlar və digər obyektlər mövcuddur. Hərbi şəhərciklər mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və dayanıqlı rabitə, eləcə də  fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlarla təchiz olunub.  

Hərbi qulluqçularımızın mövsümə uyğun geyimlə, təzə və yüksək kalorili isti qida ilə fasiləsiz təmin olunması, eləcə də sosial-məişət şəraiti və qoşun xidmətinin yüksək səviyyədə təşkil edilməsi maddi-texniki təminat xidməti tərəfindən daima nəzarətdə saxlanılır.

Günün nizam qaydalarına uyğun olaraq döyüş növbətçiliyi və qoşun xidməti təşkil edilir. Döyüş hazırlığının yüksək səviyyədə saxlanması üçün bölmələrin şəxsi heyəti ilə gündəlik döyüş hazırlığı məşğələləri, ictimai-siyasi və hüquq hazırlığı üzrə dərslər keçirilir. Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızın müdafiəsi uğrunda Ali Baş Komandanın hər bir əmrinə daim hazırdır.

Azad edilmiş ərazilərdə qoşun xidməti yüksək səviyyədə təşkil edilir
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərUkrayna Müdafiə Nazirliyi: İndiyədək Rusiyanın 38 000 hərbçisi məhv edilib
Sonrakı xəbərDİN: Bakı-Sumqayıt qatarına daş atan azyaşlılar saxlanıldılar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın