Fransanın “Paris Sen-Jermen” klubunun və Argentina milli futbol komandasının hücumçusu Lionel Messi “Forbes” jurnalının versiyasına görə son 12 ayda ən yüksək qazanc əldə edən idmançıların reytinqinə başçılıq edir.

YALAN.info bildirir ki, “Forbes”in məlumatına görə, Lionel Messi hesabat dövründə 130 milyon dollar qazanıb.

Messinin gəlirlərinin 75 milyon dolları əmək haqqı, qalanı (55 milyon dolları) sponsorluq müqavilələrindən əldə olunan gəlirdir. Eyni zamanda, jurnal Messinin PSJ-dəki gəlirinin ötən il “Barselona”dakı qazancından 22 milyon dollar az olduğunu vurğulayır.

Reytinqdə ikinci yerdə 121,2 milyon dollarla (41,2 milyon dollar məvacib + 80 milyon dollar başqa gəlirlər) “Los Angeles Lakers”ın amerikalı basketbolçusu LeBron James, üçüncü yerdə isə 115 (60+55) milyon dollarla “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo qərarlaşıb.

Onu da bildirək ki, “Forbes”un məlumatları idmançıların 2021-ci il mayın 1-dən 2022-ci il mayın 1-dək olan dövr boyunca əldə etdikləri gəlirlərə görə hesablanıb.

Öncəki xəbərAğdam sakini silah-sursat partlaması nəticəsində öldü
Sonrakı xəbərAzərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü baş tutdu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın