Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 8-də Quru Qoşunlarının Xocavənd rayonundakı Əməliyyat (Komando) bölmələrinin təlim-məşqlərini izləyib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, çətin relyefli ərazilərdə keçirilən təlimdə komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər. Müdafiə nazirinə təlimin planına uyğun olaraq qəbul edilən qərar barədə məruzə edilib. Qeyd olunub ki, ssenariyə görə təxribat törədərək dövlət sərhədi istiqamətindəki yaşayış məntəqəsinə basqın edən şərti düşmənin zərərsizləşdirilməsi üzrə komando bölməsi uyğun tapşırıq alıb.

Komandolar dərhal daimi dislokasiya məntəqələrindən çıxaraq şərti düşmənlə təmasa girmədən ərazi relyefi nəzərə alınmaqla hakim yüksəklikləri ələ keçirib və burada güclənmə fəaliyyətlərini yerinə yetiriblər. Əldə olunan kəşfiyyat məlumatına görə aşkar edilmiş şərti düşmən mövqeləri pusqu və basqın yolu ilə darmadağın edilib.

Müdafiə naziri komandir heyətinin çevik və optimal qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də komandoların dağlıq və meşəlik ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimi yüksək dəyərləndirib və aidiyyəti üzrə uyğun tapşırıqlar verib.

Müdafiə naziri Xocavənddə komandoların təlimini izləyib
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərAzərbaycanın 3 qurumu ölkədə koronovirusa yoluxma halları ilə bağlı birgə məlumat yaydı
Sonrakı xəbərZelenski CNN-nin efirindən Putinə mesaj göndərdi: Qanlı müharibəyə son qoya bilərsən
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın