Superqəhrəman blokbasteri “Hörümçək adam: Evə yol yoxdur” (Spider-Man: No Way Home) pandemiyanın başlanğıcından dünya prokatında 1 milyard dollardan çox gəlir toplayan ilk film olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Reuters” agentliyi məlumat yayıb.

Baş rolunu Tom Hollandın canlandırdığı ekran işi həmin məbləği kassa gəlirlərindən cəmi 12 gün ərzində yığıb.

Qeyd edək ki, bu filmə qədər 2021-ci ilin ən gəlirli filmi adını 774 milyon dollarla Britaniyalı xəfiyyə Agent 007 – Ceyms Bond (James Bond) haqqında çəkilmiş “Ölmək vaxtı deyil” (No Time to Die) filmi qazanmışdı. 

SPIDER-MAN: NO WAY HOME – Official Trailer (HD)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın