Gürcüstanda yaşayan azərbaycanlılar öz soyadlarına asanlıqla qayıda biləcəklər.

YALAN.info bildirir ki, ölkə parlamentinin komitə sədri qanun layihəsi ilə bağlı Baku TV-yə danışıb. 

Bununla əlaqədar olaraq qonşu ökənin öz tarixi, mədəni ənənələrinə uyğun olan soyadlarına dəyişdirilməsi haqqında hüquqi qanuna dəyişiklik ediləcək. Layihə artıq parlamentin bürosuna təqdim olunub.

Gürcüstan parlamentinin İnsan hüquqları komitəsinin sədri Mixeil Sarcveladze deyib: “Gürcü Arzusu Demokratik Gürcüstan partiyası ölkəmizdə yaşayan etnik azlıqların sovet hakiiyyəti dövründə məcburi şəkildə dəyişdirilən soyadlarının onların istəyinə uyğun soyadlarla dəyişdirilməsi təşəbbüsü ilə yeni qanun layihəsi hazırlanaraq parlamentə təqdim edib. Məqsədimiz Gürcüstan vətəndaşlarının öz tarixi, mədəni, ənənəvi soyadlarını almalarına imkan yaratmaqdır. Düşünürəm ki, bu gözəl təşəbbüsdür”.

Bildirək ki, hakim partiyanın bu təşəbbüsü Gürcüstanlı soydaşlarımızın ürəyincə olub. Belə ki, yeni qanun layihəsinə uyğun olaraq, qonşu ölkədə yaşayan azərbaycanlılar soyadlarının sonundakı “-ov(a)” və “-yev(a)” sonluqlarını asanlıqla dəyişə biləcəklər. Daha geniş Baku TV-nin video-sujetində:

Gürcüstandakı soydaşlarımızın soyadları dəyişir – BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın