Suriyadan Ermənistana 4 ədəd “Su-30” hərbi təyyarəsi göndərilib.
YALAN.info bildirir ki, “Haber Global”ın araşdırmasına görə, onlar Ukraynadakı müharibə ilə bağlı Rusiyaya göndərilən təyyarələrin yerini doldurmaq üçündür.
Ehtimallara görə, bu, İrəvanın sanksiyaların hədəfinə gəlməsinin qarşısını atmaq üçün atdığı addımdır.
Bildirilir ki, Ermənistanın Rusiyaya hərbi texnika göndərməsi barədə kəşfiyyat məlumatlarının yayılması tərəflər arasında diplomatik gərginliyə səbəb olub.
Onu da bildirək ki, Rusiyaya Ermənistan vasitəsilə Orta Şərqdən canlı qüvvə göndərilməsi ilə bağlı da məlumatlar var.