Azərbaycan İtaliyanın paytaxtı Romada keçirilən sərbəst güləş üzrə U-17 Dünya Çempionatında 2 qızıl medala sahib çıxıb.

YALAN.info bildirir ki, bu gün finalda ABŞ idmançılarına şans verməyən sərbəst güləşçilərimizdən Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) Dünya Çempionu adını qazanıb.

Vasif Bağırov (48 kq) qazaxıstanlı Ramil Rassim (11:0) və hindistanlı Kumar Lalitə (7:4) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə amerikalı Kastilyonu 5:3 hesabıyla üstələyən Vasif Dünya Çempionu olub.

GOLD FS – 48 kg: C. CASTILLO (USA) v. V. BAGHIROV (AZE)

İlyas İsayev (65 kq) iranlı Məhəmməd Mamivand (3:0), türkmənistanlı Alp Arslan Beqenyov (5:2), qazaxıstanlı Aikin Bolatuli (8:4) və gürcüstanlı Qoqa Otunaşvili (8:4) üzərində qələbə qazanaraq finala adlayıb. İlyas həlledici görüşdə amerikalı Tayler Kasaka 5:3 hesabıyla qalib gələrək Dünya Çempionu olub.

GOLD FS – 65 kg: T. KASAK (USA) v. I. ISAYEV (AZE)

Yada salaq ki, bir ay öncə Buxarestdə keçirilən 17 yaşadək oğlanlar arasında Avropa Çempionatında Vasif Bəşirov və İlyas İsayev Azərbaycanın sıçrayış ulduzları idi. Onların qazandırdığı qızıl medalların sayəsində Azərbaycan komanda sıralamasında birinci olub.

KİMVinay Siwach
MƏNBƏDünya Güləş Birliyi
Öncəki xəbərErmənistan İqtisadiyyat Nazirliyi İranla ticarətin artmasının səbəbini bilmir
Sonrakı xəbərAzərbaycanın U18 basketbol millisi Avropa Çempionatında bürünc medal qazandı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın