Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə Ermənistanın işğalçı qüvvələrindən azad olunmuş Qarabağ torpaqlarının minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.

Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 1-dən 10-dək 342 ədəd piyada və tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirilməsi ilə 96,7 hektar ərazi təmizlənib.  

Ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17202 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib, 13273 hektar ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 628 kilometr yol çəkilib.

Yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilən Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyindəki ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan “MEMATT” (Mexanik Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib.

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir.

Mühəndis qoşunlarının fəaliyyəti haqqında məlumat
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərMetyu Brayza: Zəngəzuru Azərbaycandan alıb Ermənistana verən Rusiyadır
Sonrakı xəbərİlon Mask düşünür ki, Tesla Bot robotu əmək bazarında insanların yerini alacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın