Avropa Birliyi (AB) Rusiya-Ukrayna müharibəsi səbəbindən birliyin hava məkanını Rusiya üçün tamamilə bağlayır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı videonu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen öz Twitter hesabından paylaşıb.

“Biz Ukraynaya dəstəyimizi gücləndiririk. AB ilk dəfə olaraq hücuma məruz qalan ölkəyə silah və texnikanın alınmasını və çatdırılmasını maliyyələşdirəcək. Biz Kremlə qarşı sanksiyalarımızı gücləndiririk”, – Ursula fon der Leyen sosial şəbəkədə yazıb.

“Birincisi, biz AB-nin hava məkanını Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan, ya da Rusiyanın nəzarətində olan təyyarələr üçün bağlayırıq. Onlar AB ərazisinə eniş edə, ya da havaya qalxa bilməyəcəklər. Eyni zamanda [Rusiyalı] oliqarxların şəxsi təyyarələri.

İkincisi, biz AB-də Kremlin media maşınına qadağa qoyacağıq, o cümlədən dövlətə məxsus “Russia Today”, “Sputnik” və onların törəmə şirkətlərinə. Onlar daha Putinin müharibəsinə haqq qazandırmaq üçün yalanlarını yaya bilməyəcəklər. Biz Avropada onların zəhərli və zərərli dezinformasiyasını qadağan etmək üçün vasitələr hazırlayırıq”, – o əlavə edib.

“Üçüncüsü, biz bu müharibənin başqa təcavüzkarını – Lukaşenko rejimini yeni sanksiyalar paketi ilə hədəfə alacağıq, onların ən önəmli sektorlarını vuracağıq. Bütün bu tədbirlər dünən təqdim olunan güclü paketin üstünə əlavə edilməsi beynəlxalq tərəfdaşlarımız tərəfindən razılaşdırılıb”, – Ursula fon der Leyen vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın