“Mən qarışıq isveçliyəm. Anam xorvatiyalı katolik, atam isə bosniya və herseqovinalı müsəlmandır. Həyatımın böyük hissəsini İtaliyada keçirmişəm”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri İtaliya “Milan”ının futbolçusu Zlatan İbrahimoviç dini inancları ilə bağlı “Corriere dello Sport”a müsahibəsində deyib.

İsveçli hücumçu Tanrıya və axirətə inanmadığını bildirib: “Yalnız özümə inanıram. Bu, həyatdır. Öləndə ölüsən. Heç bilmirəm dəfn mərasimi və məzar istəyirəm, ya yox. Axı, məni sevənlər həmin vaxt əziyyət çəkəcəklər. Xurafat da mənlik deyil. “Uğurlar” sözü xoşuma gəlmir, mənə lazım deyil. Çünki nəyin necə ediləcəyinə özüm qərar verirəm”.

İsveçin Malmö şəhərində Balkan mühacirləri ailəsində böyüyən fubtolçu uşaqlıqda da həmişə çətinliklərlə üzləşdiyini deyib: “Yeni doğulanda tibb bacısı məni bir metr hündürlükdən yerə atıb. Mən ömrüm boyu əziyyət çəkmişəm.

Məktəbdə mən fərqli idim: hamı mavı, ya da yaşıl gözlü və nazik burunlu sarışın idi. Mən isə qarayanız və iri burunlu idim. Mən onların danışdığı kimi danışmırdım, onlar kimi hərəkət etmirdim. Sinif yoldaşlarımın valideynləri məni komandadan qovmağı xahiş etdilər. Mənə nifrət edirdilər. Əvvəlcə buna pis reaksiya verdim”, – deyə futbolçu bildirib.

Qeyd edək ki, Zlatan İbrahimoviç karyerası ərzində “Milan”la yanaşı, Niderlandda “Ayaks”, İtaliyada “Yuventus” və “İnter”, İspaniyada “Barselona”, Fransada PSJ və İngiltərədə “Mançester Yunayted” kimi komandaların da formasını geyinib.

Öncəki xəbərTəl-Əviv dünyanın ən bahalı şəhəri oldu
Sonrakı xəbərAzərbaycan Böyük Britaniya şirkətinə Vejnəli yatağının istismarına icazə verib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın