Ukrayna prezidenti Volodimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla danışıqlar zamanı Ukrayna Silahlı Qüvvələrinin iki min rusiyalı hərbçini əsir götürdüyünü bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dövlət başçısının sözlərinə görə, Ukraynaya əzab gətirən, insanların həyatına son qoyan bütün cinayətkarlar cavab verməlidir.

“Artıq iki min əsir var. Şahidlər var, video sübutlar və onların təzyiq olmadan verdikləri ifadələr var”, – deyə Zelenski bildirib.

“Rusiyanın Ukraynaya təcavüzü nəticəsində törədilmiş heç bir hərbi cinayət və insanlığa qarşı cinayət cəzasız qalmamalıdır. Hər bir günahkar, icraçılardan tutmuş işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinə qədər, beynəlxalq hüquqi və cinayət məsuliyyətinə cəlb edilməlidir”, – Zelenski əlavə edib.

Зеленський провів розмову з прокурором Міжнародного кримінального суду в Гаазі Карімом Ханом

Melitopol şəhərinin meri İvan Fedorov əsirlikdən azad edilib

Rusiyalı hərbçilərin əsir götürdüyü Melitopol şəhərinin meri İvan Fedorov azad edilib. Bununla bağlı Ukrayna Prezident Aparatı rəhbəri Andrey Yermak və onun müavini Kiril Timoşenko məlumat verib. Timoşenko Fedorovun əsirlikdən azad edilməsi üçün “xüsusi əməliyyat”ın başa çatdığını elan edib. Yermak isə bildirib ki, şəhər meri ölkə prezidenti Volodimir Zelenski ilə danışıb.

Öncəki xəbərCo Bayden yenə çaşdı: Birinci xanımın əri COVID-ə yoluxub
Sonrakı xəbərBMT-nin Beynəlxalq Məhkəməsi Rusiyadan Ukraynadakı müharibəni dayandırmağı tələb etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın