Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya raketlərinin NATO üzvü olan Polşa ilə sərhədə zərbə endirdiyi üçün Qərb tərəfdaşlarını Ukraynaya hərbi yardıma daha ciddi yanaşmağa çağırıb.

YALAN.info bildirir ki, bu sözləri Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 31-ci günündə öz YouTube kanalında yayımlanan bütün Ukrayna xalqına növbəti video-müraciətində deyib.

Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, Avropa əhalisinin böyük əksəriyyəti Qərb tərəfdaşlarının Ukraynaya daha çox hərbi yardım göstərməsinin tərəfdarıdır.

“Kimsə inanmırsa, qoy dünyadakı indiki rəy sorğusuna baxsın. Əgər xalqın mövqeyini eşitmək istəmirsinizsə, onda Rusiya raketlərinin Polşa sərhədinə çox yaxın olan zərbələrinin səslərini eşidin. Yoxsa siz Rusiya tanklarının gurultusunu gözləyirsiniz?”, – Zelenski sual verib.

Ukrayna lideri həmçinin kifayət qədər tank və təyyarə olmadan Mariupolun Rusiya işğalından azad edilməsinin mümkünsüzlüyünü bildirib. Zelenski Qərbi Ukraynaya yardımı artırmağa çağırıb. O cümlədən NATO ölkələrinin hərbi texnikasının 1 %-nin verilməsini istəyib.

Zelenski Ukrayna xalqına son müraciətində deyib ki, tezliklə Rusiya rublu yalnız çəki ilə qəbul ediləcək: “Onların etdikləri heç bir iş işğalçılara kömək etməyəcək. Bizim televiziyamızın yayımının söndürülməsi, Moskva teleaparıcılarının verilişləri, təbliğat vərəqələri və rubl paylamaqları da”.

Звернення Володимира Зеленського наприкінці 31 дня повномасштабного вторгнення РФ
KİMVolodimir Zelenski
MƏNBƏYouTube
Öncəki xəbərUkraynanın Mariupol şəhərində sakinlər yaxınlarını küçələrdə dəfn edirlər
Sonrakı xəbərRoskomnadzor Rusiya mediasına Zelenski ilə müsahibəni yayımlamağı qadağan etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın