Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiyanın komandanı general-polkovnik Nikolay Balanı tutduğu vəzifədən azad edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, uyğun fərmanlar Ukrayna prezidentinin saytında yayımlanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski orduda baş verən qanlı olaydan sonra Milli Qvardiyanın komandanı general-polkovnik Nikolay Balanı tutduğu vəzifədən azad edib və bu vəzifənin yerinə yetirilməsini müvəqqəti olaraq general-leytenant Yuri Lebedə tapşırıb.

Yada salaq ki, ötən gün Ukrayna Milli Qvardiyasında xidmət edən 20 yaşlı əsgər Ryabçuk Artemi Yuryeviç xidməti silahından hərbçi yoldaşlarına atəş açıb. Qanlı insident nəticəsində beş nəfər ölüb, beş nəfər yaralanıb.

MƏNBƏUkrayna prezidenti Volodimir Zelenski
Öncəki xəbərTürkiyə-İran münasibətlərinə fərqli baxış: Rəqabət fonunda əməkdaşlıq
Sonrakı xəbərNikol Paşinyanın uğuru: Armen Sarkisyanın istefası, yoxsa qaçış?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın