“Ukrayna indi Qərblə Rusiya arasında qalıb”.

YALAN.info bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə toplantısında videokonfrans vasitəsilə çıxış edərkən deyib.

“Biz bir aydır ki, qəhrəmancasına müqavimət göstəririk. Qlobal təhlükəsizliyin və dinc ölkənin asayişinin məhv edilməsinə görə bir aydır cəzasızlıq hökm sürür. Bütün bunlar isə dünyanın gözü qarşısında baş verir. NATO bunları başa düşməlidir”, – o bildirib.

“Biz ancaq xalqımızı xilas etmək istəyirik. Ukraynanın hədsiz dəstəyə ehtiyacı var. Ancaq NATO bizə təyyarələrinin, tanklarının 1 faizini belə verməyib. Müharibə aparan bir ölkə üçün bu, ən pis haldır. Təəssüf ki, kömək tələblərimizə cavab verilmədi”, – dövlət başçısı vurğulayıb.

O bildirib ki, Rusiya Ukraynada dayanmaq niyyətində deyil: “Əminəm ki, siz artıq bunu başa düşürsünüz. Kreml daha da irəli getmək niyyətindədir. Tank, təyyarə və hava hücumundan müdafiə sistemlərinin bizim üçün əlçatan olması həm bizim, həm də sizin təhlükəsizliyiniz üçün önəmlidir”.

Dövlət başçısı, həmçinin Ukraynanın NATO-ya üzvlüyündən danışıb: “Daha bizə deməyin ki, sizin ordunuz NATO standartlarına uyğun deyil. Biz standartlarımızın nəyə qadir olduğunu artıq göstərmişik”.

Володимир Зеленський виступив на саміті НАТО.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın