“Kremlin rəhbəri Vladimir Putin verdiyi bir əmrlə Ukraynadakı müharibəni bitirə bilər. Və belə bir sərəncamın hələ də olmaması bütün dünya üçün açıq-aşkar təhqirdir”.

YALAN.info bildirir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 101-ci gününün sonunda ölkə xalqına etdiyi video-müraciətində deyib.

“Bu gün ölkəmizdə Rusiya təcavüzündən dünyasını dəyişən uşaqların xatirəsi ehtiramla yad edilib. Son sutka ərzində ən dəhşətli rəqəm – öldürülən uşaqların sayı dəyişməyib. 261 uşaq. Rusiyanın günahı ilə bu qədər ukraynalı uşaq həyatını itirib. Ancaq bu rəsmi rəqəmdir.İşğal olunmuş ərazilərdə dəfn olunanlar haqqında nə qədər çox məlumat əldə etdikcə,təəssüf ki,bu siyahıda adların sayı bir o qədər çox ola bilər.Oxumaq qorxudur. Doğulduğu il, yaşayış yeri, ölüm şəraiti… Moskvada yalnız bir nəfər bu fəlakəti törətməsəydi, indi onların hamısı sağ olardı”, – Zelenski vurğulayıb.

O vurğulayıb ki, bundan sonra bunu düzəltmək mümkün deyil, ancaq müharibəni hər an dayandırmaq olar. “Ancaq hər an bu müharibənin dəhşətli nəticələrini dayandıra bilərsiniz. Rusiya ordusu kilsələri yandırmağı dayandıra bilər. Rusiya ordusu şəhərləri dağıtmağı dayandıra bilər. Rusiya ordusu uşaqları öldürməyi dayandıra bilər. Moskvada sadəcə bir nəfər belə bir əmr versə. Və belə bir sərəncamın hələ də olmaması bütün dünya üçün açıq-aşkar təhqirdir”, – deyə Zelenski bildirib.

101 день війни. Звернення Президента Володимира Зеленського до українців
KİMUkrayna Prezidenti Volodimir Zelenski
MƏNBƏYouTube
Öncəki xəbərSergey Lavrov: Qərb Ukrayna ilə danışıqlar aparmağımıza imkan vermir
Sonrakı xəbərBugün “İşıqlı dünyadan necə əl çəkim?” deyən Müşfiqin doğum günüdür
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın