Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfərdə olan Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi ilə görüşüb. Görüşə Ukraynada səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannis də qatılıb.

YALAN.info bildirir ki, bu, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra onların ilk canlı təmasıdır.

İrpeni ziyarət etdikdən sonra kansler Olaf Şolts, Baş nazir Mario Draqi, prezidentlər Emmanuel Makron və Klaus Yohannis Kiyevə qayıdıb və Bankovada Zelenski ilə görüşüblər. Daha öncə bildirilirdiyi kimi, toplantıda silah-sursat tədarükü və Ukraynanın AB üzvlüyünə namizədlik statusu ilə bağlı müraciəti müzakirə olunub.

Volodimir Zelenski video-müraciətində deyib ki, bu gün doğurdan da tarixi gündür, çünki Ukrayna dörd güclü Avropa dövlətinin dəstəyini bir anda duydu: “Özəlliklə də bizim Avropa Birliyinə doğru hərəkətimizə dəstəyi. İtaliya, Rumıniya, Fransa və Almaniya bizimlədir. Dörd liderin hamısı – cənab Draqi, Yohannis, Makron və cənab Şolts Ukraynanın namizədliyini dəstəkləyirlər”.

Zelenski vurğulayıb ki, bununla belə, bütün uyğun prosedurlar tamamlanmalı, AB-yə üzv dövlətlərin hamısı buna qoşulmalıdır. “Ancaq bugünkü görüşümüzdə böyük addım atıldı – irəliyə doğru bir addım. Liderlərdən başqa bir fundamental şeyi eşitmək mənim üçün önəmli idi – onlar razılaşırlar ki, müharibənin sonu və Ukrayna üçün sülhün əldə edilməsi məhz Ukraynanın gördüyü yol olmalıdır. Onları bizim xalqımız necə görür”, – dövlət başçısı deyib.

Öncəki xəbərPrezident İlham Əliyev IX Qlobal Bakı Forumunun açılışında çıxış etdi
Sonrakı xəbərHikmət Hacıyev: Azərbaycanla Türkiyənin əməkdaşlığı dünya üçün örnəkdir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın