Kanadanın Baş naziri Castin Trüdo Ukraynaya səfər edib.

YALAN.info bildirir ki, Kanadanın Baş naziri Rusiya hərbçilərinin törətdiyi qəddarlıqları öz gözləri ilə görmək üçün İrpen şəhərində olub.

“O, Rusiya işğalçılarının şəhərimizə törətdiyi bütün dəhşətləri öz gözləri ilə görmək üçün İrpenə gəldi. Və əlbəttə ki, şoka düşdü. Axı o, hərbi obyektlərin yandırıldığını və tamamilə dağıldığını yox, bu yaxınlara qədər həyatdan zövq alan, gələcək üçün planlar quran İrpen sakinlərinin evlərini görüb”, – İrpen şəhərinin meri Aleksandr Markuşin öz Telegram hesabında yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Kanadanın Baş naziri Castin Trüdo ilə görüşməsi xəbərini öz Facebook səhifəsində paylaşıb. “Kanada öz azadlığı uğrunda mübarizədə Ukraynaya dəstək verən liderlər sırasındadır. Kanadanın Baş naziri Castin Trüdonun bu gün Ukrayna xalqının yanında olması bizim üçün çox şey deməkdir. İnanıram ki, biz birlikdə bütün sınaqların öhdəsindən gələcəyik”, – Ukrayna lideri yazıb.

Öncəki xəbərG-7 ölkələri Rusiyadan neft idxalını dayandırmağı öhdəsinə götürdü
Sonrakı xəbərABŞ Rusiya gəmiləri, bankları, mətbu orqanları və şirkətlərinə sanksiyalar tətbiq edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın