Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Mərakeş Krallığı və Gürcüstan Respublikasındakı səfirlərini geri çağırıb. Dövlət başçısı “diplomatik cəbhə”ni ölkədəki hərbi əməliyyatlardan heç də az önəmli olmadığını vurğulayıb.

YALAN.info bildirir ki, bu sözləri Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 35-ci günündə öz YouTube kanalında yayımlanan bütün Ukrayna xalqına növbəti video-müraciətində deyib.

“Bu gün mən Ukraynanın Mərakeşdəki səfirinin geri çağırılması ilə bağlı fərman imzaladım. Gürcüstandakı səfirimiz də geri qaytarılıb. Əgər silah, sanksiyalar, Rusiya biznesinin məhdudlaşdırılması yoxdursa, xahiş edirəm, yeni iş axtarın”, – Zelenski deyib.

Dövlət başçısı əlavə edib ki, yaxın günlərdə Ukraynanın Latın Amerikası, Yaxın Şərq, Cənub-Şərqi Asiya və Afrika ölkələrindəki səfirlərinin və hərbi attaşelərinin işindən konkret nəticələr gözləyir.

“Diplomatik cəbhə əsas cəbhələrdən biridir. Və orada hər kəs qalib gəlmək, orduya kömək etmək üçün mümkün qədər səmərəli işləməlidir. Diplomatik cəbhədəki hər kəs döyüş meydanındakı hər bir müdafiəçi kimi çalışmalıdır”, – Zelenski vurğulayıb.

Yada salaq ki, Gürcüstan bir çox ölkələrin Rusiyaya qarşı sanksiyalarını dəstəkləməkdən imtina edib. Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan hakimiyyətinin bu mövqeyini pisləyib.

Звернення Президента України Володимира Зеленського за підсумками 35-го дня війни.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın