Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Avstraliya parlamentariləri qarşısında çıxış edib. Video-formatda olan görüş zamanı dövlət başçısı bir neçə məsələyə toxunub.

YALAN.info bildirir ki, Zelenski ilk olaraq o bildirib ki, Rusiya 2014-cü ildə Ukraynaya hücum etdiyi üçün cəzalandırılsaydı, 2022-ci ildə genişmiqyaslı işğal olmayacaqdı. “Dünya səhvləri düzəltməli və beynəlxalq təhlükəsizlik qaydalarına dəyişiklik etməlidir”, – deyə o bildirib.

Bundan başqa, Zelenski Moskvanın sanksiyalardan yan keçməyə qoymamaqla bağlı çağırış edib və Avstraliyanı Rusiyadan gələn mallara əlavə rüsumlar tətbiq etməyə səsləyib. “Ukrayna döyüş meydanında lazım olan hər şeyə sahib olmalıdır”, – deyən dövlət başçısı Avstraliyanı bu məsələdə kömək etməyə çağırıb.

Zelenski həmçinin Avstraliyadan müharibədən sonra Ukraynanın Xerson kimi şəhərlərinin bərpasına qoşulmasını istəyib: “Dünyanın böyük dövlətlərini, iri şirkətlərini, tanınmış mütəxəssislərini Ukraynanın bərpası layihəsinə qoşulmağa çağırırıq. Qoy ölkəmizin bərpa olunmağa ehtiyacı olan regionlarını, şəhərlərini, ayrı-ayrı sahələrini himayəsinə götürsünlər.

Bunun üçün Avstraliya hökuməti bizə həmrəy ölkə statusunu verib. Ölkənizi bizim cənub bölgələrimizə, Qara və Azov dənizi sahillərinə diqqət yetirməyə çağırıram. Limanlarımızın bərpası, Xerson kimi şəhərlərin inkişafı, Ukrayna dənizçiliyinin dirçəlişi bu dəhşətli müharibədən sonra sabitliyin bərqərar olmasına önəmli qatqınız ola bilər”.

Ukrayna Prezidenti bu ölkədən silah istədiklərini vurğulayıb: “Sizin mükəmməl “Bushmaster” zirehli maşınlarınız, başqa silah və hərbi texnikanız Ukrayna üçün faydalı ola bilər”. V.Zelenski Avstraliyada yaşayan ukraynalıların bu işlərdə yaxından iştirak edəcəklərinə inandığını söyləyib.

Володимир Зеленський звернувся до народу й політиків Австралії.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın