Ukrayna Prezidenti Volodimir Zelenski avropalıları öz şəhərlərinin küçələrinə çıxmağa və Rusiya ilə müharibədə Ukraynaya dəstək verməyə çağırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dövlət başçısı bununla bağlı telekörpü və Ukraynaya dəstək aksiyasında iştirak edən Avropa şəhərlərinin sakinlərinə müraciəti zamanı deyib.

Prezident Ofisinin canlı yayımı zamanı Zelenski qeyd edib ki, o, çıxışının ilk dəqiqəsini bütün həlak olan Ukrayna hərbçilərinin, xüsusi təyinatlılarının, polislərinin, kəşfiyyatçılarının, yanğınsöndürənlərinin – canını verənlərin xatirəsini əbədiləşdirməyə həsr edir.

“Mən ikinci dəqiqə susmaq istəyirəm – mülki vətəndaşlarımızın: böyüklərin və uşaqların, canını verən, ancaq bundan xəbəri olmayan onlarla, yüzlərlə insanın şərəfinə. Onlar canlarını verib, əbədi istirahət edirlər. Xahiş edirəm, onların xatirəsini sükutla yad edin”, – deyə dövlət başçısı bildirib.

Prezident isə üçüncü dəqiqəni Avropa xalqlarına həsr edib. “Susmayın. Küçələrə çıxın. Ukraynanı dəstəkləyin. Azadlığımızı dəstəkləyin. Çünki bu, təkcə Rusiya hərbçiləri üzərində qələbə deyil, bu, işığın qaranlığa qalib gəlməsidir. Bu, xeyirin şər üzərində qələbəsidir. Susmayın, Ukraynaya dəstək olun. Əgər biz qalib gəlsək – mən xalqımıza arxayınam, sizə də arxayınam – bu, demokratiyanın, dəyərlərin, azadlığın böyük qələbəsi olacaq”, – Zelenski əlavə edib.

Frankfurt, Praqa, Lion, Tbilisi, Vyana, Bratislava, Vilnüs şəhərlərində Ukraynaya dəstək mitinqlər keçirilib. Aksiyalarda toplamda 200 minə yaxın insan iştirak edib.

Onu da bildirək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatların gedişində hər iki tərəfdən çox sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə özəlliklə Ukraynaya fəlakətlər gətirib. Bu ölkənin çox sayda dinc sakini həlak olub və yaralanıb, bir milondan çox Ukraynalı ölkəni tərk edib. Eyni zamanda Ukrayna şəhərlərinin infrastrukturuna ciddi ziyan dəyib.

Зеленський звернувся з промовою до європейців

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın