Mayın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti toplantı keçirilib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Toplantıya nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik komandirləri cəlb olunub. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları toplantı iştirakçılarına çatdırıb.

Toplantıda Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki, mühəndis və başqa döyüş təminatının gücləndirilməsi, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi və şəxsi heyətin sayıqlığın artırılması ilə bağlı konkret tapşırıqlar verilib.

General-polkovnik Z.Həsənov döyüş hazırlığı tədbirləri, təlim və məşqlərin intensivliyinin artırılması ilə bağlı qoşun növü komandanlarına göstərişlər verib. Müdafiə naziri döyüş mövqelərinin və səngərlərin gücləndirilməsi, eləcə də təminat yollarının daim işlək durumda saxlanılması barədə uyğun tapşırıqları çatdırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın