Azərbaycanın Belorusiyada yaşayan döyüşçüsü Zabit Səmədov (Забит Самедов) Polşa əsilli Avstraliya idmançısı Pol Slavinskiyə (Paul Slowinski) qarşı keçirdiyi döyüşdə qalib qəldi. Bununla da o, 8 il gözlədiyi revanşı almış oldu. Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində keçirilən döyüş “Qroznaya Bitva-13” beynəlxalq turnirinin əsas qarşılaşması idi.

2007-ci ilə keçirilən ilk döyüşdə Jalo rəqəbli Pol Slavinski qalib gəlmişdi. Boyu 194 sm olan Pol Zabit Səmədovdan 11 sm hündürdür. Təcrübəli döyüşçü daha çox döyüş keçirmiş və 4 yaş böyükdür. Buna baxmayaraq Mauqli rəqəbi ilə tanınmış Azərbaycanlı döyüşçü 3-raundluq döyüşdə onu 3 dəfə noqdauna göndərə bildi. Ancaq döyüş hamının gözlədiyi kimi nokautla sonuçlanmadı. 1 və 2-ci raundlarda 5 dəfə yerə yıxılmasına baxmayaraq polşalı idmançı 3-cü raundda ayaq üstə durmağı bacardı və qarşılaşma hakimlərin birmənalı qərarı ilə Zabit Səmədovun qələbəsinə yazıldı.

Döyüşü izləyənlər arasında Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov da var idi. O, qarşılaşmadan sonra Zabit Səmədova son model Mersedes avtomobili həddiyyə edib.

Həmyerlimiz rəsmi Facebook səhifəsindən paylaşdığı statusda ona dəstək olan və azarkeşlik edən hər kəsə minnətdarlığını bildirib:

“Mənim qardaşım Ramzan Kadırova, mənə etdiyi hədiyyəyə, bu revanş döyüşün baş tutmasına görə təşəkkür edirəm. Bir daha mənə verdiyiniz dəyərə görə çox sağ olun”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın