Yuri Mavaşev deyir ki, hər şeydən əvvəl Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrin əsas səbəbi Ermənistandakı daxili proseslərdir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Axar.az-a açıqlamasında rusiyalı ekspert, şərqşünas-türkoloq Yuri Mavaşev danışıb.

“Ermənistanda Köçəryan klanı ilə Paşinyan klanı arasında çox sərt siyasi mübarizə gedir. Paşinyan faktiki olaraq Qarabağ klanının nümayəndəsi deyil, bu da avtomatik olaraq onları qarşılaşdırır. Düşünürəm ki, bu, Köçəryan adamlarının təxribatıdır, mənim üçün məsələ aydındır”, – o bildirib.

Y.Mavaşevin sözlərinə görə, Azərbaycan gərginlikdə maraqlı deyil:

“İndi Azərbaycan üçün əsas prinsipial məsələlərindən biri Zəngəzur dəhlizidir ki, bu həm da Rusiya tərəfi üçün önəmlidir. Rusiya ötən il üçtərəfli bəyanatı imzaladı. Orada aydın şəkildə qeyd olunub ki, Zəngəzur dəhlizini Rusiya qoruyacaq. Belə çıxır ki, Ermənistan bu məqamı özü üçün sildirəcək və bu məsələ ilə bağlı danışıqları ləngidərək faktiki olaraq Rusiyanın da səylərini yox edir”.

Ekspert əlavə edib ki, 7 Azərbaycan əsgərinin həlak olması ilə nəticələnən bu erməni təxribatı, şübhəsiz, Ermənistanın növbəti terror aktı hesab oluna bilər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın