2020-ci ildə Şərqi Aralıq dənizində Türkiyə ilə böhrandan sonra Yunanıstan hökumətinin başlatdığı silahlanma prosesində Fransa və ABŞ-dan sonra yeni ünvan Almaniyadır.

YALAN.info bildirir ki, Almaniya kansleri Olaf Şoltsun 27 oktyabrda Yunanıstana səfəri zamanı təxminən 4 milyard avro dəyərində silahlanma proqramının və ya bu proqramın bir hissəsinin açıqlanması gözlənilir.

Yunanıstan mətbuatının məlumatına görə, silahlanma proqramına 205 ədəd yeni “Lynx KF-41” tipli zirehli döyüş maşınının alınması (bu texnikanın Şimali Yunanıstanda qurulacaq fabrikdə istehsal olunması planlaşdırılır), 190 ədəd “Leopard 1” tipli tankın modernləşdirilməsi, 183 ədəd “Leopard 2” tipli tankın modernləşdirilməsi, 4 ədəd “MEKO” tipli freqatın modernləşdirilməsi daxildir.

Hesablamalara görə, bunlar Yunanıstana toplam 4 milyard avroya başa gələcək.

Yunanıstanın ABŞ-dan 20 ədəd “F-35” döyüş təyyarəsi alması üçün təmasları davam edir. Razılığa gəlinəcəyi təqdirdə, “F-35”lərin təxminən 3 milyard dollara başa gələcəyi və tədarükün 2028-ci ildə başlayacağı təxmin edilir.

MƏNBƏHürriyyət qəzeti
Öncəki xəbərİran Xarici İşlər Nazirliyinin sözçüsü: Qarşılıqlı sanksiyalar elan ediləcək
Sonrakı xəbərİ.Əliyev və R.T.Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanın açılışını etdilər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın