Yunanıstan parlamentində deputatlara paylanan tibbi maskaların Türkiyədə istehsal olunması müzakirələrə səbəb olub.

Yunan mətbuatında yer alan xəbərə görə, Yunanıstan Kommunist Partiyası deputatı Liana Kanelli parlamentdəki çıxışında bildirib ki, burada onlara paylanan tibbi maskalar Türkiyədəndir və üzərində “Made in Turkey” yazılıb.

“Pis deyil, ancaq Türkiyədən gələn miqrantların keçə bilmədiyi halda, maraqlar keçir”, – deyə o bəyan edib.

Parlamentin sədri Konstandinos Tasulas jurnalistlərə açıqlamasında izah edib ki, tenderdə ən aşağı qiymət təklifi verən bir alman şirkəti qalib gəlib. Şirkətin fabrikinin Türkiyədə olması isə öncədən fərq edilməyib.

Daha sonra qutunun üzərindəki yazılardan istehsal yerinin Türkiyə olduğunun başa düşüldüyünü deyən Tasulas, vəziyyətin əvvəlcədən məlum olduğu halda, alış üçün başqa şirkətə üstünlük verilə biləcəyini deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın