Suriyada YPG/PKK terror təşkilatı Hələb şəhərinin Afrin rayonuna ard-arda 2 raket zərbəsi endirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, terrorçular hədəf olaraq rayonun mərkəzində yerləşən xəstəxananı seçib. Raket hücumu nəticəsində 19 nəfər ölüb, 40-dan artıq insan isə yaralanıb. Raket zərbələri ətrafdakı binalara da böyük ziyan vurub.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Twitterdə Afrində terrorçuların xəstəxanaya hücumunu şiddətlə qınadığını yazıb.

“PKK-nın Suriyadakı qolu vəhşi üzünü bir daha göstərdi. Bu hücum qarşısında səssiz qalmaq cinayətə ortaq olmaqdır. Allahdan həyatını itirənlərə rəhmət, yaralılara isə şəfa diləyirik”, – Kalın bildirib.

Öncəki xəbərErmənistan Ordusunun 15 hərbçisi Ağdamın mina xəritələrinə dəyişdirildi
Sonrakı xəbərSerj Sarqsyan seçicilərin səslərini rüşvətlə almağa çalışır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın